SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən axşam sosial şəbəkədə haqqında məlumat yayılan Hikmət baba tapılıb.

BAKU.WS xəbər verir ki, ötən gün ordumuz üçün öz təqaüdündən 180 manat köçürən Hikmət baba Şəkinin Baş Küngüt kəndindəndir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları onunla görüşüb.

Hikmət baba deyir ki, əsgərlərə canım qurban!

"O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum. Özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram", - deyə Hikmət baba əlavə edib.

BAKU.WS
VİDEO