VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qənnadı və çörək sektoru üçün qida xammalları istehsal edən Besting şirkəti ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda döyüşən ordumuza dəstək məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 10 000 manat vəsait köçürmüşdür.

Besting şirkətinin direktoru N.Hüseynovun sözlərinə görə, ölkəmizin hal-hazırda müharibə şəraitində olduğunu nəzərə alaraq hər birimiz güclərimizi səfərbər etməliyik.

"Bu gün bütün dünya bizim necə güclü dövlət olduğumuza bir daha şahid olur. Başda Cənab Ali Baş Komandanımız İlham Əliyev olmaqla, ordumuzun gücünə və qələbəsinə inanırıq.

Belə bir gündə xalqımızın nümayiş etdirdiyi birlik, həmrəylik isə bizi ikiqat sevindirir”.

Qələbə bizimlədir!

BAKU.WS