VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada məşhurlaşan azərbaycanlı videobloger Hüseyn Həsənov Azərbaycana dəstək olub.

BAKU.WS xəbər verir ki, bloger 14 milyonluq “İnstagram” hesabında paylaşım edib. O, Azərbaycana dəstəyini belə bildirib:

"Mənim böyük auditoriyam var və bunu millətlərə bölməyə razı deyiləm, çünki mənim üçün bütün insanlar insandırlar!

Sözlərimə səbirlə və anlayışla yanaşmağınızı xahiş edirəm, millətimi təmsil edirəm, çünki azərbaycanlıyam və bununla qürur duyuram.

Uşaqların intiqam alaraq böyüməsini, xalqlarımızın qadınlarını qohumlarının məzarları üstündə göz yaşı tökmələrini istəmirəm. Onsuz da müharibə təcrübəsi var və bu, yaxşı deyil!

Məni başa düşməyinizi istəyirəm, Azərbaycan ədalət tərəfdarıdır və indi işğal altındakı torpaqlarını geri qaytarır".

BAKU.WS
VİDEO