SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın Overen-Rona-Alp Regional Şurasının sədri Loran Vokyenin “Facebook” və “Twitter” səhifələrində paylaşdığı xəritənin fotoşəkli Gürcüstanda narazılıq doğurub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, həmin xəritədə Gürcüstanın bir hissəsi Ermənistanın sərhədləri daxilində göstərilib.

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) və Fransadakı səfirliyi məsələ ilə bağlı araşdırmaya başlayıb. Məlum olub ki, bu xəritə Fransada fəaliyyət göstərən milliyyətçi təşkilatlar tərəfindən fəal istifadə edilir.

XİN-nin mətbuat katibi Mari Narçemaşvili bildirib ki, xəritənin Fransanın rəsmi mövqeyinə heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, fransız siyasətçinin paylaşdığı xəritədə Gürcüstanla yanaşı, Azərbaycan və Türkiyənin də əraziləri Ermənistan adı altında göstərilib.

Xatırladaq ki, L.Vokyen ötən il Yerevanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma rejim ilə birgə bəyannamə imzalayıb.

BAKU.WS