VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan QHT-ləri Ermənistanın Azərbaycanın mülki və sənaye obyektlərinə qəsdən hücumlar etməsi ilə bağlı BMT-nin Baş katibinə və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinə müraciət ünvanlayıb.

BAKU.WS həmin müraciəti təqdim edir:

Dərin narahatlıq və narazılıq hissi ilə biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı cari il sentyabrın 27-də başlatdığı hərbi təcavüzlə bağlı Sizə müraciət edirik. 6 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, Ermənistanın hücumları nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb.

Biz təəssüflə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərinə diqqətinizi çəkmək istərdik.

Oktyabrın 4-də Ermənistanın hərbi qüvvələri, müvafiq beynəlxalq konvensiyaların qadağan etdiyi kasetli bombalardan istifadə edərək münaqişə bölgəsindən 60 kilometr məsafədə yerləşən, 500 min nəfərdən çox əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, Gəncəni bombaladı.

Elə həmin gün təcavüzkar Ermənistan həm də Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhərinə qarşı raket hücumuna başladı. Cənubi Qafqaz regionunun ən böyük hidroelektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasının (SES) Ermənistan tərəfindən hədəfə alınması SES-in məhv edilməsinə gətirib çıxararaq Azərbaycanın və qonşu ölkələrin əhaliləri üçün humanitar fəlakətə səbəb ola bilərdi ki, bu da insanlığa qarşı açıq bir cinayətdir.

Yuxarıda göstərilən faktları nəzərə alaraq, biz, Azərbaycan QHT-ləri adından Sizə müraciət edərək Birləşmiş Millətlər Təşkilatını Ermənistandan Azərbaycan xalqına qarşı təxribat xarakterli hərbi əməliyyatlar və hərbi cinayətlərin törədilməsini, Ermənistanın sənaye obyektlərimizə hücumlarını dayandırmağı tələb etmək və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Ermənistanı hərbi qüvvələrini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarmağa məcbur etmək məqsədilə praktik və nəticəyönümlü addımlar atmağa çağırırıq.

Ermənistanın Azərbaycana qarşı son hərbi cinayətlərinə dair məlumatları əks etdirən infoqrafika müraciətə əlavə edilir.

Müraciət Azərbaycanın 45 QHT-si tərəfindən imzalanıb:

1. Rauf Zeyni. Milli Qeyri-Hökumət Təşkilatları Forumu

2. Sabit Bağırov. Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

3. Umud Mirzəyev. Beynəlxalq Avrasiya Mətbuat Fondu

4. Əliməmməd Nuriyev. Konstitusiya Araşdırmalar Fondu

5. Sahib Məmmədov. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

6. Novela Cəfərova. D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti

7. Səadət Bənənyarlı. "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi

8. Səltənət Qocamanlı. İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

9. Qorxmaz İbrahimli. Biosfer İctimai Birliyi

10. Əvəz Həsənov. Humanitar Tədqiqatlar İctimai Birliyi

11. Əziz Ələkbərov. Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi

12. İsrayıl İsgəndərov. "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi

13. Vüqar Bayramov. İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

14. Çingiz Qənizadə. Demokratiya və İnsan Hüquqları Komitəsi

15. Məhərrəm Zülfüqarlı. İctimai Problemlərin Tədqiqi Assosiasiyası

16. Kamil Səlimov. "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi

17. Fuad Məmmədov. "Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”

18. Eyyub Hüseynov. "Azad İstehlakçılar" İctimai Birliyi

19. Tənzilə Rüstəmxanlı. Azəri Türk Qadınlar Birliyi

20. Mirvari Qəhrəmanova. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi

21. Şəmistan Əlizamanlı. "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi

22. Akif Nağı. Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi

23. Osman Gündüz. Multimedia Sistemləri İctimai Birliyi

24. Mayis Əliyev. Sosial Hüquqların Araşdırılması

25. İradə Rizazadə. "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

26. Bahar Qasımova. "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi

27. Məlahət İbrahimqızı. "Lider Qadınlar" İctimai Birliyi

28. Fizüli Rzaquliyev. Vətən Müharibəsi Veteranları İctimai Birliyi

29. Mehdi Mehdiyev. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

30. Mehriban Zeynalova. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi

31. Əhməd Abbasbəyli. "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi

32. Nəsiman Yaqublu. Tarix və Mətbuat Araşdırmalarına Dəstək

33. Şahin Rəcəbov. "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi

34. Aydın Əbilov. "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi

35. Fikrət Yusifov. Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

36. Elçin Hüseynov. "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi

37. Aydın Kərimov. Müstəqil Hüquq Mərkəzi

38. Əhməd Qəşəmoğlu. Tərəqqi və Demokratiya İctimai Birliyi

39. Hafiz Həsənov. Hüquq və İnkişaf İctimai Birliyi

40. Mirəli Hüseynov. Demokratiyanı Öyrənmə İctimai Birliyi

41. Şəmsəddin Əliyev. Polisə Dəstək İctimai Birliyi

42. Asif Əsgərli. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

43. Emin Həsənli. Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi

44. İlqar Orucov. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi

45. Ramil İsgəndərli. "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi

BAKU.WS