VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun “İslam dini böhrandadır” açıqlamasına sərt cavab verib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Makronun çıxışını provokasiya adlandırıb:

“Aya Sofiya qərarı ilə Türkiyə öz müstəqilliyi üzərindəki kölgəni aradan qaldırdı. Bu gün bir çox Qərb ölkəsində irqçilik və İslam düşmənçiliyi himayə edilir. Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluğunu ört-basdır etmək üçün istifadə etdikləri ən önəmli vasitələrdən birinə çevrilib.

Makronun da çıxışı hörmətsizlikdən başqa açıq provokasiyadır. Ondan müstəmləkə valisi yerinə dövlət adamı kimi hərəkət etməsini gözləyirik. Fransa Prezidenti olaraq İslamın quruluşundan danışmaq həddini bilməməzlikdir, ədəbsizlikdir”.

BAKU.WS