SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan ordusunda pərakəndəlik baş alıb gedir. Bu həm ordunun toparlanmasında, həm maddi texniki təchizatında özünü göstərir.

Ermənistanın cəbhə bölgəsində yerləşən hissələrindən hazırladığı reportajlardakı videogörüntülərdə onların əsgər və zabitlərinin geyimlərində, silah sursatlarında çatışmazlıqların olduğu açıq-aşkar görünür.

Görüntülərdə düşmən hərbçilərinin hərbi intizam qaydalarına uyğun olmayan görkəmləri və mülki geyimlərdən istifadə etməsi yer alıb. Bu isə Ermənistan tərəfinin təşviş içində olduğunu, öz vətəndaşlarını tələskənliklə cəbhəyə cəlb etməsini bir daha təsdiq edir.

BAKU.WS “Report”a istinadla erməni əsgərinin acınacaqlı durumda olduğunu sübut edən kadrları təqdim edir.

BAKU.WS
VİDEO