SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açılıb.

BAKU.WS-ə bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir:https://twitter.com/wwwmodgovaz", - nazirlikdən bildirilib.

BAKU.WS