SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ukrayna təəssüf edir ki, Qarabağda yenidən müharibə alovlanıb. Eyni zamanda hər hansı bir ölkənin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü kökündən dəstəkləməklə vasitəçi kimi çıxış etməyə hazırdır".

BAKU.WS xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba BBC-yə müsahibəsi zamanı bildirib.

Ukrayna şirkətinin Türkiyə pilotsuz təyyarələrinin istehsalında iştirak etməsi ilə bağlı sualı cavablandıran Dmitri Kuleba, Ukrayna ilə Türkiyənin strateji tərəfdaş olduqlarını və iki ölkə arasındakı əməkdaşlığın hər ikisi üçün çox faydalı olduğuna inandığını söyləyib:

"Silahlı qarşıdurma nəticəsində işğal olunmuş əraziləri olan bir ölkə kimi, əlbəttə hər hansı bir dövlətin ərazi bütövlüyünün tərəfdarıyıq. Burada Ermənistan, Azərbaycan və ya başqa ölkənin olması heç nəyi dəyişmir. Ukrayna bu mövzuda hər zaman Azərbaycanı dəstəkləyib və Azərbaycan da eyni zamanda Ukraynanı dəstəkləyib".

Qeyd edək ki, Ukraynanın "Motor Sich" şirkəti Türkiyə ordusunun arsenalı və beynəlxalq bazara daxil olacaq "Bayraktar Akıncı" adlı hücum tipli pilotsuz təyyarələr üçün mühərriklər istehsal edir.

BAKU.WS