SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Ermənistan terrorçularının Gəncəni ağır artilleriyadan atəşə tutması nəticəsində 10 aylıq körpə yaralanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə körpənin atası Xəyyam Eyyubov məlumat verib.

Onun sözlərinə görə, hadisə baş verən zaman evdə olmayıb: “Hadisə baş verəndə evdə deyildim. Evə gəldim, gördüm ki, övladım yaralanıb. Uşağı xəstəxanaya çatdırdıq və əməliyyat olundu. Hazırda səhhəti yaxşıdır”.
Hadisə zamanı evdən yaralı körpəsini çıxaran Xəyyam dağıntılar arasında qalan bayrağı da götürməyi unutmayıb.

Qucağında yaralı vəziyyətdə 10 aylıq körpəsi, başının üzərində isə Azərbaycan Bayrağı olan X.Eyyubovun hadisə yerindən çıxıb xəstəxanaya qaçarkən çəkilən fotosu dünyanın gündəminə çevrilib.  

Xəyyam Eyyubov
BAKU.WS