SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan cəbhə bölgəsində verdikləri itki ilə bağlı daha bir açıqlama verib.

BAKU.WS xəbər verir ki, düşmən tərəf daha 21 nəfərin məhv edildiyini açıqlayıb. Ölənlər arasında müddətdən artıq hərbi xidmət edən şəxslər də var. 

Bununla da rəsmi rəqəmlərə görə, qarşı tərəfin sentyabrın 27-dən bu yana verdikləri itki 240 nəfəri ötüb.

Qeyd edək ki, Ermənistan tərəfi bütün yollarla cəbhədə verdikləri itkilərlə bağlı real göstəriciləri gizlətməyə çalışır. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin itkiləri minlərlədir. 

BAKU.WS