SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 27-dən başlayan erməni təxribatı nəticəsində Tərtər rayonuna endirilən artilleriya zərbələrinin sayı açıqlanıb.

BAKU.WS xəbər verir ki, Tərtər rayon İcra Hakimiyyətindən “oxu.az”a verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 5-dək düşmən Tərtərə 8929 artilleriya zərbəsi endirib:

“Bu gün səhər saat 07:30-dan indiyə kimi 120 mərmi atılıb”.

“Döyüşlər başlayandan düşmənin açdığı atəş nəticəsində Tərtərdə səkkiz nəfər ölüb, 35 nəfər yaralanıb”, - deyə RİH-dən qeyd edilib.

BAKU.WS