SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Prezidentinin də öz müraciətində dediyi kimi, Azərbaycan xalqının yeni tarixi yazılır. Ruhumuzun millət olaraq əsarətdən qurtulması tarixi yazılır”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycan Ordusunun rahat hərəkətini təmin etmək üçün bu gün diplomatik sahələrdə böyük işlər görülüb:

“Ötən əsrdə Azərbaycan qlobal ictimai rəyi öz lehinə dəyişməyi bacarıb. Bu gün bəzi istisnalar olmaqla Azərbaycanın haqq işi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Ancaq ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan Fransanın son bəyanatları, açıqlamaları təəssüf doğurur. Bu gün Fransa Azərbaycan əleyhinə lobbiçilik fəaliyyətinə başlayıb. Fransa, eyni zamanda, digər həmsədrlərin radikal qərarlar qəbul etməsinə çalışır. Bu mövqe qəbuledilməzdir. Bundan sonra bizi diplomatik olaraq çox ciddi danışıqlar prosesi gözləyir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri Türkiyə olmalıdır”.

BAKU.WS