SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Respublikasının Prezidentinin də dediyi kimi, Dağlıq Qarabağ bizim torpağımızdır, ərazi bütövlüyümüz təmin edilməlidir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, daha böyük uğurlar bizi gözləyir: “Cəbrayıl artıq işğaldan azad edilib. Digər rayonlarımızın da azad ediləcəyi gün uzaqda deyil. Əldə edilən uğurlar zamanı itkilər də olur. Bütün şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Əminəm ki, bu gün dövlət başçısı və xalq arasında olan birliyin nəticəsində Qarabağın bütün yerlərində şanlı Azərbaycan bayrağı dalğalanacaq”.

BAKU.WS