SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur İspaniyalı aktrisa və model Penolopa Kruz “İnstagram”dakı paylaşımı ilə erməniləri çaşdırıb.

BAKU.WS xəbər verir ki, aktrisa yeni çəkildiyi filmin afişasını sosial şəbəkə hesabında paylaşıb. Afişada Penelopa Kolumbiya bayrağının fonunda təsvir edilib.

Erməni sosial şəbəkə istifadəçiləri aktrisanın Qarabağdakı döyüşlərlə əlaqədar olaraq Ermənistana dəstək mesajı verdiyini zənn ediblər.

Onlar afişanın altında Ermənistan bayrağını göstərərək şərhlər yazmağa başlayıblar.

Məlum olub ki, bəzi ermənilər yalnız ölkələrinin tarixini bilmirlər, hətta öz bayraqlarını başqasının bayrağından da ayıra bilmir.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri isə ermənilərin səhvlərini bildirməyə laqeyd yanaşmayıb.

BAKU.WS