SİZİN REKLAM BURADA!
055 213 76 73


Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda apardığı hərbi mübarizə Rusiya televiziyalarında müzakirə olunmaqda davam edir.

BAKU.WS xəbər verir ki, "Rusiya 1" telekanalında yayımlanan "60 dəqiqə" siyasi tok-şousunun yeni buraxılışında politoloq İqor Korotçenko maraqlı fikirlər səsləndirib.

Belə ki, rusiyalı politoloqun Azərbaycanın öz ərazisində müharibə aparması ilə bağlı səsləndirdiyi fikirlər digər qonaqları qıcıqlandırıb: “Mülki əhalini hədəf almaq qəbuledilməzdir. Şəhərlərə zərbə endrmək qəbuledilməzdir. Bu müharibə qaydalarının pozulmasıdır, bu ən ağır cinayətdir. Bu vəziyyətdə döyüşlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycan ərazisində aparıldığını vurğulayıram".

BAKU.WS
VİDEO