SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın mülki Azərbaycan əhalisinə hücumları yeni deyil. Ermənistan tarixinə nəzər salsaq, Xocalıda uşaq və qadınlar da daxil olmaqla 613-dən çox insanın necə qətlə yetirdiyini görə bilərik. Bu ilin iyulunda Ermənistan yenə mülki əhaliyə hücum etdi. Bu dəfə də həm azərbaycanlı hərbçilər, həm də dinc əhali arasında ölənlər oldu. İndi Bakı ətrafına və Gəncəyə raket atıblar. Əslində bu hərəkətlər müharibə cinayətidir. Azərbaycan isə işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparır.

BAKU.WS-in  xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlə Ankarada keçirdiyi birgə mətbuat konfransında ifadə edib.

Ermənistanın işğalçılıq siyasətinə dözməyin mümkünsüz olduğunu diqqətə çatdıran nazir deyib ki, Ukrayna və Gürcüstanın ərazi bütövlüyü məsələsi ortaya çıxanda haqlı olaraq hər iki ölkəni müdafiə edirik. Lakin məsələ Azərbaycana gələndə haqsızlıq görürük. Minsk qrupunun həmsədrlərindən olan Fransa birtərəfli qaydada Ermənistanı müdafiə edir. Biz hamını haqlının tərəfində olmağa dəvət edirik. NATO başda olmaqla hər kəs Ermənistandan Azərbaycan torpaqlarından çəkilməsini tələb etməlidir.

BAKU.WS