SİZİN REKLAM BURADA!
055 213 76 73


“Sonuna qədər azərbaycanlı qardaşlarımızın yanındayıq və yanlarında olmağa davam edəcəyik”.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə uğrayan kimi, əvvəlcə “qara piar”a əl atdı. Hər şeyin yalan olduğu çox qısa müddətdə ortaya çıxdı. İndi də barbarlıqla günahsız mülki əhalinin yaşadığı bölgələri hədəf seçirlər. Bir çox məsum insanın ölümünə səbəb olurlar. Ermənistan bu şəkildə müharibə cinayəti törədir. Bu, hər kəs tərəfindən bilinməlidir.

Uşaq, qadın, yaşlı demədən sivilləri hədəf alan Ermənistan hakimiyyəti başda öz xalqı olmaqla, insanlıq vicdanında mütləq mühakimə ediləcək. Bundan heç kimin şübhəsi olmasın. Ermənistan daha çox cinayət törətmədən işğal etdiyi torpaqları dərhal boşaltmalı, terror təşkilatları ilə əməkdaşlığa son qoymalı, bölgəyə gətirdiyi muzdlu əsgərləri, terrorçuları təcili olaraq oradan çıxartmalıdır. Bundan başqa, 30 il müddətində işğala səssiz qalanlar Ermənistanın bu sifətini görməli və işğal edilən torpaqların həqiqi sahiblərinə qaytarılması üçün səy göstərməlidirlər".

BAKU.WS
QALEREYA