SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycanın hələlik bizdən bir dəstək tələbi olmayıb. Amma istərlərsə, çəkinmədən verəcəyimizi başda prezident olmaqla hamımız demişik". 

BAKU.WS xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə birlikdə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycan öz torpaqlarını terrorçu və işğalçılardan geri almaq üçün mübarizə aparır. Burada həm hüquqi, həm də əxlaqi baxımdan hər kəsin Azərbaycana dəstək verməyi gərəkir. Amma bütün beynəlxalq təşkilatlar, ölkələr ya balans qorumağa çalışır, ya da Ermənistana dəstək verməyə çalışır. 

"Biz Ukrayna və Gürcüstanın ərazi bütövlüyü məsələsi gündəmə gələndə bu ölkələri güclü şəkildə dəstəkləyirik. Niyə Ermənistana Azərbaycandan "çəkil" demirik? Başqa cür bu məsələnin həlli mümkün deyil. Hər kəs haqlının yanında olmalıdır.

Məsələn, Minsk qrupunun həmsədri olan Fransa açıq şəkildə Ermənistana dəstək verir. Problemin həlli üçün həmsədrlər obyektiv olmalı, konkret addım atmalı, təkliflər verməlidirlər. Amma 30 ilə yaxındır ki, problemin həlli ilə bağlı heç bir əsaslı addım atılmayıb".

NATO-nun baş katibi də bildirib ki, Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyirlər və baş verənlər onları da narahat edir. 

BAKU.WS
VİDEO