SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Layihəni Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərib.

Qanun layihəsi Milli Məclisin sabah - oktyabrın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, parlamentin sabahkı iclasının gündəliyinə 18 məsələ daxil edilib.

BAKU.WS