SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ürəyi Qarabağla döyünən azərbaycanlılar... İtirdiklərimiz də, qazandıqlarımız da çox oldu. Bir gözümüz ağlayır, bir gözümüz gülür. Amma hər birimizin ürəyi hazırda sevinc içindədir”.

BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib. O, sosial şəbəkə hesabında cəbhə bölgəsində yaşananlardan danışıb:

“Bir çox işğalda olan torpaqlarımızı düşməndən aldıq, almağa doğru da gedirik. Yenə də xain düşmən öz işindədir.

Gəncə, Bərdə, Tərtər atəşə tutulub. Hamımızın orada qohumu, dostu var. Onların stressi, necə ağır dönəmdən keçdiklərini başa düşürəm.

Hamınıza güc arzulayıram. Güclü olmalıyıq. Biz incəsənət adamları sənətimizlə yanınızda olduq, ürəyimizlə də yanınızdayıq.

Hamınızı bir daha təbrik edirəm. Ağlar gözlər gülərək ağlasın. Hər gün oğullarımız cəbhəyə gedir, salamat, qələbə ilə evlərinə dönsünlər. Onların toylarını, xoş günlərini keçirək".

BAKU.WS
VİDEO