SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, dünən Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edib və işğaldan azad edilmiş kəndlərin adlarını açıqlayıb.

Bunlar Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləridir.

Bu, şübhəsiz ki, sosial şəbəkələrin də əsas gündəm mövzusu olub.

Xalqımız müxtəlif şəkillərdə bir-birini təbrik edib, tarixi zəfərlə bağlı emosiyalarını ortaya qoyublar.

Yayılan video görüntülərdən birində Cəbrayıldan olan vətəndaşımız öz sevincini göz yaşları içində həmvətənləri ilə bölüşüb.

BAKU.WS
VİDEO