SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Vətəndaşları işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını mənimsəyən qadın ələ keçirilib.
 
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, "Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və Mətanət Həsənova şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı istintaq davam etdirilir.
 
BAKU.WS