SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan Silahlı Qüvvələrinin sıralarında Suriya, Livan və Cənubi Amerikadan gələn “könüllülər” döyüşür.

BAKU.WS xəbər verir ki, bu barədə Fransa Beynəlxalq Radiosu (RFI) məlumat yayıb.

Radionun Xankəndidəki müxbirinin yaydığı məlumatda qeyd olunur ki, hərbi əməliyyatların başlamasından sonra Suriya, Livan və Cənubi Amerikadan 30 terroçu Azərbaycana qarşı döyüşlərdə iştirak edir. 

Qeyd edək ki, erməni tərəfinin bu addımı artıq heç kimdə şübhə oyatmır. Azərbaycanın nizamlı ordusu ilə döyüşmək üçün cəsarəti çatmayan Ermənistan tərəfi muzdlu terrorçular hesabına işğalçılıq siyasətini davam etdirmək niyyətindədir.

BAKU.WS