SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatları davam edir. Cəbhədə gərginliyin başladığı vaxtdan düşmənin hərbi birləşmələrini darmadağın edən və ermənilərə göz dağı verməyi bacaran Azərbaycan ordusu bu gecə Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, düşmənin hərbi birləşməsi ilə döyüşən Azərbaycan ordusu nəticədə əhəmiyyətli yüksəkliklərin azad edilməsinə nail olur.

Artıq məğlubiyyətinin son akkordlarını yaşayan düşmən geri çəkildikcə öz iyrənc əməllərinin sayını daha da artırır. Ağır artilleriyadan istifadə edərək mülki əhalini atəşə tutur və bununla da insanlar arasında təşviş yaratmağa çalışır. Lakin güclü ordumuz tərəfindən düşmənin bu cəhdlərinin də qarşısı uğurla alınır.

Döyüşlərdə əldə edilən uğurlar və əhəmiyyətli yüksəkliklərin azad olunması həm Azərbaycan əsgərində, həm də insanlarda böyük ruh yüksəkliyi yaradır. 

Müşviq Tofiqoğlu

BAKU.WS
VİDEO