VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində uğurla davam edir".

BAKU.WS xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, gecə ərzində və bu dəqiqələrdə cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir:

"Uğurlu əməliyyat nəticəsində Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Füzuli istiqamətində əsgərlərimiz düşmənin müqavimətini qıraraq irəli gedib. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır".

BAKU.WS