SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Donald Tramp koronavirusa yoluxub.

BAKU.WS xəbər verir ki, dövlət başçısının və birinci xanım Melaniya Trampın koronavirus testi pozitiv çıxıb. Bu barədə o özü "Twitter" səhifəsində məlumat verib.

Prezident müşaviri Xoup Xiksin virusa yoluxmasından sonra özünün karantin altında olduğunu elan etmişdi. Tramp köməkçisinin COVİD-19 testinin pozitiv çıxmasını da "qorxunc" adlandırıb və onun qısa fasilə belə vermədən çox çalışdığını qeyd edib. 

Xatırladaq ki, müşavir bir neçə gün öncə prezidentlə eyni təyyarədə səfər etmişdi.

BAKU.WS