SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin prezidenti Emmanuel Makrona cavab verib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, Fransanın dövlət başçısı “Twitter”də paylaşım edib.

O yazıb: “Hamımız birgə müqavimət göstərəcəyik. Buna əmin olun”.

Azərbaycanın Parisdəki səfiri Rəhman Mustafayev E.Makronun yazdıqlarını paylaşaraq ona cavab verib.

“Təşəkkürlər, cənab Prezident! Azərbaycan və Fransa separatçılıq və təcavüzkar siyasətə qarşı birgə mübarizə aparır və aparacaq”, - səfir vurğulayıb.

BAKU.WS