SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən "Rusiya 1" kanalında "Vladimir Solovyovla axşam" verilişinin efirində Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

BAKU.WS xəbər verir ki, verilişin qonaqlarından biri Sovet və rus kinorejissoru, ssenari müəllifi, kino prodüseri və ictimai xadim Karen Şahnazarov olub.

"Dünən Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev - red.) və Paşinyanın çıxışını dinlədim. Fikrimcə, İlham Əliyev bu çıxışa daha yaxşı hazırlaşmışdı. Paşinyana qarşı bəzi etirazlarım var.

Cənab Əliyev rus auditoriyasında kimə müraciət etdiyini yaxşı başa düşür, rus tamaşaçılarını qıcıqlandıran "qərbyönümlü" (Paşinyana - red.) tezislərindən mükəmməl istifadə etdi. Bu, liderlik nöqteyi-nəzərindən çox düzgün idi", - deyə Karen Şahnazarov bildirib.

Qeyd edək ki, aparıcı Vladimir Solovyov da Azərbaycan Prezidentinin çıxışının həm forma, həm də məzmun baxımından parlaq olduğunu vurğulayıb.

BAKU.WS
VİDEO