SİZİN REKLAM BURADA!
055 213 76 73


 
May ayının sonuna qədər Bakıda ictimai nəqliyyatda xüsusi stikerlər vasitəsilə kontaktsız ödəniş həyata keçirilməsinin yeni metodu işə salınacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat veriblər.

Mənbənin sözlərinə görə, stikerləri Azərpoct məntəqələrindən, banklardan və Bakı Metropolitenindən əldə etmək mümkün olacaq.

Stikerin balansını mobil telefondakı elektron balansla ödəmək mümkün olacaq.

Elektron balansı Azərpoct-da, eləcə də bütün MilliÖN, eManat, ExpressPay и Easypay terminallarında artırmaq mümkün olacaq.
 
BAKU.WS