VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"BMT Təhlükəsizlik Şurası dövlət səviyyəsində terror siyasəti həyata keçirən və təəssüf ki, bir sıra ölkələr tərəfindən dəstəklənən Ermənistanı dərhal dayandırmalıdır".

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu livanlı vəkil, xarici siyasət üzrə ekspert Tarik Şandib bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti və Ermənistan xalqı başa düşməlidir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qaytarmayanadək regionda sülh olmayacaq:

“Hər kəsə məlumdur ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və yalnız Ermənistan regionda münaqişənin gərginləşməsinə görə məsuliyyət daşıyır”.

Ekspert həmçinin Azərbaycan xalqını əks-hücum əməliyyatı çərçivəsində uğurlarla əlaqədar təbrik edib.

BAKU.WS