SİZİN REKLAM BURADA!
055 213 76 73


D vitamini səvviyyəsi normada olan COVİD-19 xəstələrində ağırlaşma və ölüm halları adıçəkiln vitaminin defisiti olanlarla müqayisədə əhəmiyyətli dərəcədə azalır.

BAKU.WS xəbər verir ki, amerikalı alimlər belə qənaətə gəliblər. Boston Universitetinin tibb məktəbinin mütəxəssisləri xəstəxanaya yerləşdirilən zaman 235 xəstənin qanından azalizlər götürüb və D vitamini səviyyəsini yoxlayıblar.

Daha sonra onlarda kliniki ağırlıq dərəcəsi, ağırlaşmış simptomlar, təngənəfəslik hallarının artıb-artmaması ilə bağlı müşahidələri davam etdiriblər. 

Müəyyənləşdirilib ki, D vitamini kifayət qədər olan koronavirus xəstələrində ağırlaşmış kliniki nəticələrə, o cümlədən ölümə daha az rast gəlinib. Araşdırma müəllifləri hesab edirlər ki, vitamin göstəriciləri normal olan 40 yaşdan yuxarı xəstələrdə virusdan ölüm riski 51,5 faiz aşağı olur.

BAKU.WS