SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən Bakı metrosu, habelə paytaxtda, Sumqayıt şəhərlərində, Abşeron rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar fəaliyyətini dayandırır.

BAKU.WS-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu gün saat 00:00-dan 28 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırılır. 

Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb.

BAKU.WS