VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır.

Fonddan BAKU.WS-ə verilən məlumata görə, 2020-ci il iyulun 1-dək SOFAZ-ın investisiya portfelində səhmlərinin payı 13,7 faiz təşkil edib:

“SOFAZ-ın səhmlərin strateji paylaşdırılması çərçivəsində atdığı taktiki addımlar, o cümlədən səhmlərə investisiyaların həcminin dəyişdirilməsi qərarı ətraflı makroiqtisadi təhlildən və bazarın fundamental göstəricilərindən asılıdır. SOFAZ-ın investisiya siyasəti ilə nəzərdə tutulan səhmlərin payı üzrə limit 25 faiz təşkil etsə də, biz bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmırıq. Bununla belə, bazarlardakı mövcud tendensiyanı daim izləyirik və konyunkturdan asılı olaraq investisiya portfelində səhmlərin payını təkrar nəzərdən keçirməyə hazırıq”.

BAKU.WS