SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəy rayonunda 28 yaşlı qadının keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun Qurudərə kənd sakini, 1992-ci il təvəllüdlü Zülfiyyə Məsimova yaşadığı Bakı şəhərindən ata evinə qonaq gəlib. Bu zaman onun 6 il əvvəl boşandığı keçmiş həyat yoldaşı ilə aralarında mübahisə yaranıb. Nəticədə qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb, qolu sındırılıb, qarnından və kürəyindən bıçaqlanıb.

Bu hadisə onların 10 yaşlı oğlunun gözləri qarşısında baş verib.

Hadisəyə qadının keçmiş həyat yoldaşının övladını görməsinə icazə verməməsi səbəb olub.

Z.Musayevanın uzun müddətdir, Bakı şəhərində gözəllik salonların birində çalışdığı bildirilir.

Qadının yaxınlarının sözlərinə görə, Z.Məsimovanın keçmiş həyat yoldaşı ona dəfələrlə hədə-qorxu gələrək qadından kəndə gəlməməsini tələb edib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

21:41

Gədəbəy sakini keçmiş həyat yoldaşını bıçaqlayıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Dəyirmandağ kəndində baş verib. Rasim Məsimov həyat yoldaşı Məsimova Zülfiyyə Faiq qızını bıçaqlayıb.

Qadın qonşuların köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

İlkin məlumata görə, qadın ayrılan ərinə övladı ilə görüşməyə icazə verməyib.

Mübahisə də məhz bu səbəbdən baş verib.

Rasim Məsimov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS