VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Bolt” taksi xidmətində Tovuz döyüşləri zamanı şəhid olmuş General Polad Həşimovun adını axtarışa verdikdə Ermənistanda rayon adı çıxır.

BAKU.WS xəbər verir ki, bunu aşkarlayan Azərbaycanlı istifadəçilər redaksiyamıza müraciət ediblər.

Məsələ ilə bağlı şirkətin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq istəsək də cəhdlərimiz alınmayıb.

Şikayətçilər bildirirlər ki, bu faktın hansısa texniki problem səbəbindən yarandığı inandırıcı görünmür. Bu səbəbdən məsələyə şirkət tərəfindən rəsmi münasibət bildirməsini tələb edirlər.

***

Şirkətdən məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verilib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

"Gördüyünüz kimi xəritə Google xəritəsidir, Bolt ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə internet üzərindən də axtarış edərək ətraflı məlumat əldə edə bilərsiniz.
Şirkətimizin adının bu cür mövzularda hallandırılması tərəfimizdən qəbul edilməzdir.
Boltun şəxsi xəritəsi mövcud deyil. Biz ünvanları Google Maps və Apple Maps ilə təyin edirik, şirkətin özünə məxsus xəritəsi yoxdur və sözü gedən ünvan tərəfimizdən də Google Maps-ə şikayət edilib".
Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA