VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş polkovnik-leytenant Zaur Camalxanov barəsində istintaqın təqdimatına baxılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Z. Camalxanov bu ilin may ayında Baş Prokurorluq tərəfindən saxlanılıb. O, külli-miqdarda pulu mənimsəməkdə ittiham olunur.

May ayında barəsində 4 aylıq həbs qərarı çıxarılan Camalxanovun həbsdə qalma müddəti bitdiyi üçün istintaq bu müddətin uzadılması barədə məhkəməyə təqdimat verib.

Hakim Rafiq Abbasovun qərarı ilə Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı təmin edilib, Zaur Camalxanovun daha 4 ay həbsdə qalmasına qərar verilib.

BAKU.WS