VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayon İvanovka kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyyəsi ilə "Karamel" fabrikinin inşasına başlanılıb.

BAKU.WS xəbər verir ki, təməlqoyma mərasimində icra hakimiyyətinin başçısı və kənd ağsaqqalları iştirak edib.

Tədbirdə rayon rəhbəri ölkə başçısının rayonumuza eləcə də İvanovka kəndinə diqqət və qayğısından danışıb. O, fabrikin rayonda işsizliyin aradan qaldırılmasına və regionun iqtisadiyyatının inkişafına böyük töhfə verəcəyini bildirib.

Həmçinin qeyd edib ki, rayonda belə layihələr, işlər davam edəcək.

Tədbir pandemiya ilə əlaqədar Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçirilib.

Çıxış edən kənd sakinləri onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.

Bundan əlavə, İvanovkada quşçuluq fabrikinin də tikintisi nəzərdə tutulub.

BAKU.WS
QALEREYA