VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Dövlət Sər­həd Xid­mətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib. 

DSX-dan BAKU.WS-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxlanılmış, hərbi qulluqçuların xidməti və ya­şa­yış şərait­lə­rinə baxış ke­çirilmiş, Ermənistanla dövlət sər­hə­dindəki sərhəd-döyüş məntəqələrində xid­mət aparan sərhədçilərlə görüşül­üb.

“Qazax” əlahiddə sərhəd divi­zi­yasında hərbi tikin­ti-quruculuq işlə­ri­nin gedişatı nəzərdən keçirilmiş, dövlət sər­hədində zə­ru­ri sərhəd mü­ha­fizə və mü­da­fiə infra­struk­tu­runun daha da güclən­di­ril­­məsi tədbirlərilə tanış olunub, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının yük­səl­dil­məsi, dövlət sər­hədi­nin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi istiqamətin­də zəruri tapşı­rıqlar verilib. 

BAKU.WS
QALEREYA