SİZİN REKLAM BURADA!
055 213 76 73


Myanmada ikibaşlı uşaq dünyaya gəlib. 

BAKU.WS xəbər verir ki, körpə Neypido şəhərində anadan olub. Ailənin ikinci övladı kimi doğulan körpənin iki başı var.

29 yaşlı Sanda Min hamiləliyinin 8-ci ayında xəstəxanaya müraciət edib. Qadın qeysəriyyə kəsiyi ilə ana olub. Doğulan körpənin çəkisi 2,5 kq-dır.

Onun bir bədəni və daxili orqanları var. "Artıq başının olduğunu nəzərə almasaq, uşaq tamamilə sağlamdır", - deyə xəstəxanadan verilən açıqlamada bildirilir. Uşaq hazırda reanimasiyadadır.  

BAKU.WS