SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasının II təsnifat mərhələsində Şimali Makedoniyanın "Renova" klubunu 1:0 hesabı ilə məğlub edən Xorvatiya "Hayduk"u növbəti mərhələyə yüksəlib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, komanda növbəti raundda "Neftçi" - "Qalatasaray" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

III təsnifat mərhələsi sentyabrın 24-də olacaq. "Hayduk"la yanaşı Kipr APOEL-i və Norveç "Rusenborq"u da mərhələ adlayıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

BAKU.WS