VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər həftə karantin qaydalarında yumşalmalara gedilir. Bu həftə də yumşalmaların olması gözlənilir. Bu həftə şənbə-bazar günləri ictimai nəqliyyat və iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək?

BAKU.WS Sonxeber.az-a istinadla xəbər verir ki, bununla bağlı Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl danışıb.

O bildirib ki, bununla bağlı qərarı Operativ Qərargah verir:

"İctimai nəqliyyatın şənbə-bazar günləri açılması heç bir fəsadı olmayacaq. Bu məsələdə Operativ Qərargah öz planı üzrə gedir. Heç kimi də dinləmir. Karantinin uzadılması Azərbaycanda yoluxma dinamikasından asılıdır.

Əgər yoluxanların sayında azalma davam edərsə, karantin qaydalarında yumşalma davam edəcək. Lakin yoluxma dinamikası artarsa, yenidən sərtləşməyə gedilə bilər. Yaxın günlərdə iri ticarət mərkəzlərinin açılacağını düşünmürəm. Ümumilikdə isə pandemiyanın 3-4 il davam edəcəyi gözlənilir".

BAKU.WS