VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22-23 sentyabr tarixlərində ilk dəfə olaraq “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” keçiriləcək.

BAKU.WS Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, təşkil olunacaq onlayn forumun məqsədi koronavirus (COVID-19) pandemiyası şəraitində və post pandemiya dövründə sahibkarların motivasiya edilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir.

Sahibkar düşüncə tərzinin təşviqi, xüsusilə gənclər və qadınlar arasında sahibkarlıq fəaliyyətinə marağı artırmaq, mövcud sahibkarların pandemiya dövründə qarşılaşdıqları çətinliklərin müzakirə olunması forumun başlıca hədəfləri sırasındadır.

Onlayn forum çərçivəsində beynəlxalq spikerlər vasitəsilə xarici təcrübə öyrəniləcək.

Foruma Türkiyə, Almaniya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Pakistan, İspaniya və s. kimi ölkələrdən iştirakçı və spiker qismində iş adamları qatılacaq.

“SA Consulting” MMC-nin təşkilatçılığı ilə keçiriləcək “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020”nin tərəfdaşları “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “SAT Group”, Sosial Biznes Gənclər Mərkəzi, “Networking.az” biznes klubu, “Majlis Business Network” və “Avrasya Ekonomik İlişkiler Derneği”dir.

Forumda iştirak üçün son qeydiyyat tarixi 21 sentyabr saat 15:00-dır. Tədbirdə iştirak etmək üçün bu keçidə daxil olmaqla qeydiyyatdan keçmək lazımdır - https://bit.ly/33e0toZ

BAKU.WS