VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün baş tutan səfərdə Azərbaycan nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisi sədrinin vəkili Süreyya Sadi Bilgiç qarşılayıb və onlar arasında görüş olub.

Tərəflər Azərbaycan və Türkiyə parlamenti haqqında fikir mübadiləsi aparıblar, hər iki ölkə arasındaki münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildiriblər.

S. Qafarova Azərbaycan Parlamentinin nümayəndə heyətini Türkiyə tərəfinə təqdim edib.

Qeyd edək ki, səfər çərçivəsində S.Qafarovanın bu gün Türkiyənin Ticarət naziri Rühsar Pekcanla görüşü də nəzərdə tutulub.

Səfər sentyabrın 12-də başa çatacaq.

BAKU.WS
QALEREYA