SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə və şəhid ailələrinə bu ildə də mənzillərin verilməsini davam etdirir.

BAKU.WS BAKU.TV-yə istinadla xəbər verir ki, tam təmirli evlə təmin olunanlar arasında Lənkəran sakini Adil Ələmov da var. Onun qardaşı Sahib Ələmov 1994-cü ildə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Dövlət başçısının tapşırığı ilə mənzillə təmin olunan digər ailə 1993 və 1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı Sadiq Əliyevin ailəsidir. Ev sahibləri əhalinin həssas qruplarının müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətin atdığı addımları yüksək qiymətləndiriblər.

Lənkəranda daha 12 şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olunub. Lənkəran şəhəri, eləcə də rayonun qəsəbə və kəndlərində inşa olunmuş fərdi yaşayış evləri 2 və 3 otaqdan ibarətdir.

Evlər mərkəzləşdirilmiş istilik sistemi, daimi qaz, su, işıq və mətbəx mebeli ilə təchiz olunub. Bu gün həmin fərdi yaşayış evlərinin sənədləri şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

Bununla da ölkəmizdə bu həssas qrupa aid olan ailələrin mənzil və fərdi evlə təminatı yekunlaşacaq.

BAKU.WS
VİDEO