SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən avtomobil yolunun tikintisinə başlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər yolda birinci mərhələdə işlər başa çatdırılacaq:

"Bu ilin sonuna qədər çalışacağıq ki, heç olmasa yolu ikiqat asfaltlayıb, sürücülərin istifadəsinə verək. Növbəti mərhələ isə gələn il başa çatacaq. Gələn il 3-cü lay asfalt vurulmaqla tam olaraq yolda işlər bitəcək. 2021-ci ildə yolda təmir işləri tam başa çatacaq və istifadəyə veriləcək. Amma ilin sonuna kimi sürücülərimiz geniş, 1-ci dərəcəli yoldan istifadə edə biləcəklər".

BAKU.WS