» » Ermənilər Mübariz İbrahimovun meyitinin şəkillərini yayıb! (4 FOTO)

03 август 2010

Ermənilər Mübariz İbrahimovun meyitinin şəkillərini yayıb! (4 FOTO)

Bu gün ermənilər tərəfindən “odnoklassniki” sosial şəbəkəsində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkillər yerləşdirilib. Azərbaycanlıların və türklərin təhqir olunduğu profil “Tehler Yan” adlı bir istifadəçi tərəfindən yaradılıb və həmin səhifədə şəhid əsgərimizin 4 fotosu yer alıb.

Şəkillərdə Mübariz İbrahimovun belinin sol nahiyəsindən güllə yarası alması, sifəti əks olunub. Digər bir fotoşəkildə isə xərəyə qoyulmuş əsgərimiz əlləri bağlı şəkildə olub. Ermənilərin cəsədindən belə qorxaraq əllərini bağladıqları əsgərimizin şəkillərini nümayiş etdirməsi erməni rəsmilərinin riyakar simasını bir daha təcəssüm etdirir. Belə ki, Ermənistanın Qırmızı Xaç Komitəsi Azərbaycan tərəfinin müraciətlərinə cavab olaraq həlak olmuş əsgərin meyitinin nə Ermənistanda, nə də Dağlıq Qarabağda olmadığını bildirmişdi.

Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov ötən ayın 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən 4 erməni hərbçisini təkbaşına öldürüb, sonra özü şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb.

Ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.



Mənbə: anspress





0

shares




Netty2013 Winner
Читайте также
свернуть

Эмин Агаларов: «Мой сын мне говорит, что его дедушка меня накажет»

В Баку водитель "шестерки" на "ручнике" ушел от тяжелого ДТП (видео)

Из болгарского гея - в брутального мачо: как изменился Азис (видео)

Азербайджанская актриса в образе «Красной шапочки для взрослых»

Новая коллекция брендовых часов от Nolimit.az