SİZİN REKLAM BURADA!
055 213 76 73


Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə sentyabrın 5-də saat 23 radələrində Saatlı rayonunun Musalı kəndi ərazisində baş verib.

Naharlı kənd sakini İ.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.Salmanov sentyabrın 6-da orada ölüb.

Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS