SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllı Rayon Polis Şöbəsinə Lahıc qəsəbəsində yerləşən evlərin birindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, İsmayıllı Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1350 manat olan müxtəlif məişət əşyalarının oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Lahıc qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Abdullayev saxlanılıb. Araşdırma zamanı M. Abdullayevin digər cinayət əməllərinin də üstü açılıb.

Belə ki, onun Lahıcda yerləşən, sahiblərinin evdə olmadığı daha 2 evə qanunsuz daxil olaraq, həmin yerlərdən ümumi dəyəri 1500 manat olan müxtəlif məişət əşyaları və tikintidə istifadə olunan alətləri oğurladığı məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib, həmin əşyaları dəyərindən ucuz qiymətə Şamaxı, Kürdəmir rayonlarında və Lahıc qəsəbəsində sataraq, əldə etdiyi pulu xərclədiyini bildirib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Mahir Abdullayev – Saxlanılan şəxs: “Sözün açığı, kasıblıq idi. Pandemiyaya görə heç bir yerdə iş yox idi. Hər yeri bağlamışdılar. Mən də məcbur olub bu hərəkəti etdim. Bütün ev sahiblərindən üzr istəyirəm. Gənclərə məsləhət görürəm ki, bu cür hərəkət etməsinlər. Bu işin axırı qandaldır. Ən yaxşısı azadlıqda yaşamaqdır”.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və Mahir Abdullayevin digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS
VİDEO