VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ilin aprel döyüşlərində şəhid olan Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailələri üçün yeni mənzillər inşa edilir. Fərdi yaşayış evləri 1-ci vitse-prezident Mehriban Əliyevanın göstərişinə əsasən tikilir.

Baku TV mövzuyla bağlı süjet hazırlayıb.

Mingəçevirdə aprel döyüşlərində şəhid olan Adil Adilzadənin və Teymur Qasımovun müxtəlif ünvanlarda yaşayan ailələri üçün inşa edilən fərdi yaşayış evlərində işlər sürətlə gedir. Artıq tikinti işləri başa çatan mənzillərin fasadında suvaq işləri aparılır. İş icraçısı yaxın günlərdə dam örtüyünün vurulacağını bildirib. Şəhid Teymur Qasımovun ailəsinin yaşadığı fərdi yaşayış evi 80 il öncə inşa edildiyindən tam yararsız vəziyyətdə olub. Elə bu səbəbdən köhnə ev sökülürək yerində yenisi inşa edilib.

İş icraçısı Ziyad Ağayev bildirib ki, əvvəlki ev artıq sökülüb: "Qalan hissə işlər getdikcə söküləcək, təmizlənəcək. Əvvəlki evdən, demək olar ki, əsər-əlamət qalmayıb. Yeni dizaynda ev tikilib hazırlanılır. 1 mərtəbədir, 3 otaq, mətbəx, hamam. Suvaq, kəmər işləri gedir, ondan sonra da 3-4 günə dam örtüyü vurulacaq”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, 1-ci vitse-prezident Mehriban Əliyeva bu ilin iyul ayında şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Mingəçevirdə inşa edilən evlərin yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir.

BAKU.WS
VİDEO